Başladığımız yer
SECOP – 2022-ci ildən fəaliyyət göstərən, kibertəhlükəsizlik, sistem inteqrasiyası və veb/mobil tətbiqlərin yaradılması sahəsində ixtisaslaşmış, daim inkişaf edən bir texnologiya şirkətidir. Şirkət ISO/IEC 27001:2022 və ISO/IEC 27019 beynəlxalq standartları üzrə KingCert International tərəfindən sertifikatlaşdırılıb və informasiya təhlükəsizliyi üzrə yüksək standartlara cavab verir. SECOP həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlar Assosiasiyasının üzvüdür və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş rəsmi lisenziyaya malikdir. Biz müştərilərimizə informasiya təhlükəsizliyi üzrə sızma testləri, risklərin idarə olunması, SOC xidmətləri, sistem inteqrasiyası, ERP/CRM həlləri, veb və mobil tətbiq inkişafı, eləcə də innovativ texnoloji həllər təqdim edirik. Məqsədimiz müştərilərimizin rəqəmsal transformasiya prosesini sürətləndirmək və təhlükəsiz mühitdə fəaliyyətini təmin etməkdir.




















