Penetrasiya testi nədir və niyə vacibdir?

Penetrasiya Testi nədir və niyə vacibdir?
Penetrasiya testi (Penetration Testing və ya qısaca Pentest) – şirkətin IT infrastrukturunda, veb saytlarında və tətbiqlərində real hücum ssenarilərinin tətbiqi ilə mövcud zəifliklərin aşkar olunması prosesidir. Bu testlər kibercinayətkarların istifadə edə biləcəyi boşluqları əvvəlcədən müəyyən etməyə və onların qarşısını almağa imkan yaradır.
Niyə vacibdir?
-
Zəifliklərin aşkarlanması – Sistemdə olan boşluqlar real hücum baş verməzdən əvvəl müəyyən edilir.
-
Məlumatların qorunması – Şirkətin müştəri və korporativ məlumatları sızmadan qorunur.
-
Tənzimləmələrə uyğunluq – Bir çox beynəlxalq standart və qanunvericilik kibertəhlükəsizlik testlərini tələb edir.
-
Risklərin azaldılması – Potensial zərərlər (maliyyə, reputasiya və hüquqi) minimuma endirilir.
-
İT infrastrukturun gücləndirilməsi – Şirkət daha etibarlı sistemlərə sahib olur.
Yazıçı
Secop
Əlaqədar məqalələr
