Dövlət Radiotezliklər İdarəsi

Layihə Təfərrüatı
Müştəri: Dövlət Radiotezliklər İdarəsi
Müddət: Dek 2024 Sent 2025
Təqdim Edilən Xidmətlər:Dövlət Radiotezliklər İdarəsi üçün tamamilə yeni, müasir korporativ vebsayt hazırladıq. Layihəyə idarənin brendinə uyğun dizayn seçməklə başladıq və ziyarətçilər üçün istifadəsi rahat, sadə və aydın interfeys yaratdıq.
Vebsaytın bütün funksiyalarını işlək hala gətirdik və mobil cihazlara tam uyğunlaşdırdıq. SEO optimizasiyası, təhlükəsizlik və sürət məsələlərini nəzərə alaraq saytın həm axtarış sistemlərində görünməsini, həm də istifadəsini maksimum səviyyəyə çatdırdıq. Nəticədə DRI.az idarənin xidmətlərini, layihələrini və məlumatlarını vətəndaşlara daha aydın, səliqəli və vizual cəlbedici şəkildə təqdim edir. Bu, həm mövcud istifadəçilərin etibarını artırır, həm də yeni istifadəçilərin idarəni tanımasını asanlaşdırır.