İqtisadi Zonaların İnkişafı Agentliyi

Layihə Təfərrüatı
Müştəri: İZİA
Müddət: 2 ay
Təqdim Edilən Xidmətlər:Sənaye zonalarının idarə olunması – mövcud sənaye parkları və məhəllələrinin səmərəli fəaliyyəti. Yeni layihələrin təşkili – investorlar üçün əlverişli infrastrukturun yaradılması. İnvestisiya dəstəyi – sahibkarlara güzəşt və stimullaşdırıcı mexanizmlərin tətbiqi. Məşğulluğun artırılması – sənaye zonalarında yeni iş yerlərinin yaradılmasına şərait. İxrac potensialının gücləndirilməsi – yerli istehsalçıların xarici bazarlara çıxışına dəstək.
İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikasında sənaye zonalarının və iqtisadi məkanların idarə olunmasını, təşkili və inkişafını həyata keçirən dövlət qurumudur. Agentliyin əsas məqsədi investisiya mühitini yaxşılaşdırmaq, sahibkarlığın inkişafını dəstəkləmək, yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun artırılmasına şərait yaratmaqdır.