Tenderçi

Layihə Təfərrüatı
Müştəri: Secop
Müddət: 6 ay
Təqdim Edilən Xidmətlər:Tender proseslərinin izlənməsi və idarə edilməsini sadələşdirən avtomatlaşdırılmış platformadır.
Platforma istifadəçilərə tender saytlarında yayımlanan elanları bir yerdə toplamağa imkan verir və manual izləmə ilə bağlı çətinlikləri aradan qaldırır. Tender linki sistemə daxil edildikdə, Tenderci avtomatik olaraq bütün tender detalları – məbləğ, tarix, status və digər məlumatları platformaya yükləyir. İstifadəçi tenderləri “İştirak ediləcək” və “İştirak edildi” kimi statuslara ayıraraq izləyə bilir, beləliklə, hər tenderin mərhələsini və deadline-larını unutmur. Platforma həmçinin Forma 1 şablonunu dəstəkləyir, bu da müraciət prosesini sürətləndirir və səhvsiz sənədləşməyə imkan verir. Statistika və analiz bölməsi tenderlərin sayını, qazanılan və iştirak edilən tenderləri göstərərək istifadəçilərin performansını vizual şəkildə təqdim edir. İstifadəçilər tenderləri kateqoriya, növ və status üzrə axtarıb filtrləyə bilir, bu da qərarvermə prosesini operativləşdirir. Tenderci intuitiv interfeys və bulud əsaslı təhlükəsiz sistem ilə məlumatların qorunmasını təmin edir, istənilən yerdən və cihazdan platformaya giriş imkanı yaradır. Bu platforma şirkətlərə vaxt qənaəti, səmərəli idarəetmə və operativ qərarvermə üstünlüyü təqdim edir, rəqiblərin əlçatmaz etdiyi avtomatlaşdırma və analiz imkanlarını əlçatan edir.